Paşinyan yenə KTMT-ni GÜNAHLANDIRDI: “Azərbaycanla müharibədə İrəvanı dəstəkləmədilər”

Paşinyan yenə KTMT-ni GÜNAHLANDIRDI: “Azərbaycanla müharibədə İrəvanı dəstəkləmədilər”

Hazırda oxunan: Paşinyan yenə KTMT-ni GÜNAHLANDIRDI: “Azərbaycanla müharibədə İrəvanı dəstəkləmədilər”

192085

“KTMT ilə münasibətlərdəki böhran məhz Azərbaycan tərəfi ilə  Ermənistan arasında müharibə başlayan andan yarandı. Belə ki, KTMT prosedurlarına görə, təşkilat və ona üzv olan dövlətlər bu vəziyyətdə Ermənistanı dəstəkləməli idilər, amma müharibə vaxtı İrəvanı dəstəkləmədilər”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində KTMT ilə münasibətlərdən danışarkən deyib.

Paşinyan bildirib ki, rəsmi bəyanatdan sonra da KTMT hər hansı bir konkret addım atmaqdan imtina edib: 

“Və bu, faktiki olaraq bütün müstəvidə KTMT-də iştirakımızın dondurulmasının əsas səbəbidir. Ermənistan Respublikasının Təşkilata gələcək üzvlüyünə gəlincə, bu, gələcək zamanın müzakirə mövzusudur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO