Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb - Paşinyan

Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb - Paşinyan

Hazırda oxunan: Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb - Paşinyan

192055

Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsi və imzalanmasının vaxtı çatıb.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın deyib.

"Biz bu yaxınlarda Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin delimitasiyasına başlamaq barədə razılığa gəldik.

Delimitasiya zamanı biz sadəcə olaraq, Alma-Ata Bəyannaməsinə görə dövlət sərhədlərinə çevrilən Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında inzibati sərhədləri bərpa etməliyik.

Sərhədin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və mənimlə dördtərəfli görüşdə əldə olunmuş razılaşmanın həyata keçirilməsidir. Bu, Praqada baş verib. İndi bu sazişləri sülh müqaviləsinə daxil etmək və əks etdirmək və imzalamaq vaxtıdır”, deyə o, qeyd edib.

Nikol Paşinyan “Sülh kəsişməsi” layihəsinə də toxunub.

“Regional sabitliyimiz üçün daha bir mühüm məqam hökumətimizin təşəbbüsü ilə həyata keçirilən “Sülh kəsişməsi” layihəsidir. Bu layihə o deməkdir ki, Ermənistan və Azərbaycan ölkələrin suverenliyi və yurisdiksiyasına uyğun olaraq nəqliyyat və digər kommunikasiyaları açacaq, bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət edəcək.
Konsepsiyanın bu elementləri 2023-cü il iyulun 15-də mənimlə Azərbaycan Prezidenti arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşdə razılaşdırılıb və görüşün yekunlarına dair Mişelin bəyanatında öz əksini tapıb. Biz razılaşdırılanların həyata keçirilməsi istiqamətində irəliləməyə hazırıq”, - Paşinyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO