İrəvanın "Zvartnots" hava limanında fransız əsilli erməni jurnalist Leo Nikolyanın aclıq aksiyasının 22-ci günüdür.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-i görüntülər paylaşıb.
Mənbə onun vəziyyətinin son dərəcə ağır olduğunu yazıb.
Xatırladaq ki, Nikolyanın Ermənistana buraxılmasına icazə verilməyib. Etiraz əlaməti olaraq Nikolyan aclıq aksiyasına başlayıb və aeroportun tranzit zonasında qalmaqda davam edir. O, ölkəyə girişdən imtinanın səbəbləri ilə bağlı rəsmi yazılı cavab almayana qədər aclıq aksiyasını dayandırmayacağını bildirib.
Bizim.Media