“ABŞ Prezidenti Co Bayden 24 aprel günü yayımladığı mesajda coğrafiyamızda bir əsrdən uzun müddət yaşamış acı hadisələrlə əlaqədar əsassız, haqsız ifadələrdən istifadə edib".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədən Baydenə cavab: "Siyasi fürsətçilik ədalətə ən böyük xəyanətdir"
"Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib. Radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə mətnə yer verildiyini düşünürük”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media