“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçiriləcək danışıqlar zəruri və gözləniləndir”.
Bizim.Media mk.ru saytına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, daha əvvəl Kreml son vaxtlar Moskva ilə İrəvan arasında problemli məsələlərin yığılıb qaldığını bildirmişdi. Rusiya hakimiyyət orqanları ümid edirlər ki, qarşıdakı danışıqlar bu məsələlərə son qoyulmasına imkan verəcək.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitində sədr kimi iştirak etmək üçün bu gün Moskvaya gedib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:50 / 08.05.2024
Peskov Putin və Paşinyanın görüşündən danışdı
Hazırda oxunan: Peskov Putin və Paşinyanın görüşündən danışdı
Hazırda oxunan: Peskov Putin və Paşinyanın görüşündən danışdı
191093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.