Rusiyadan Ermənistana pul köçürmələri azalıb

Rusiyadan Ermənistana pul köçürmələri azalıb

Hazırda oxunan: Rusiyadan Ermənistana pul köçürmələri azalıb

190158

“Cari ilin birinci rübünün nəticələrinə əsasən, Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi ötən illə müqayisədə 40 faiz azalaraq 656,6 milyon ABŞ dolları təşkil edib”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının pul-kredit siyasəti idarəsinin rəhbəri Hayk Avetisyan məlumat verib.

O qeyd edib ki, 2023-cü ilin yanvar-mart aylarında Rusiyadan Ermənistana 1,1 milyard ABŞ dolları daxil olub:

“Bu, qismən ödəniş sistemi ilə bağlı ola bilər. Lakin pul vəsaitlərinin hərəkətinə əhəmiyyətli dərəcədə təsir edən geosiyasi və iqtisadi amillər də daxil olmaqla daha təsirli amillər də var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO