Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı ictimai dinləmələr başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan” məlumat yayıb. Məlumata görə, Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri müzakirəyə başlayıblar.
Qeyd edilib ki, ilkin etirazlarla bağlı məhkəmənin qərarı açıq iclasda açıqlanacaq. Onun vaxtı müəyyənləşdikdən sonra elan ediləcək.
Xatırladaq ki, aprelin 23-də Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə şifahi arqumentlərinin təqdimatının ilk raundu baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Region
00:00 / 27.04.2024
Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
Hazırda oxunan: Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
Hazırda oxunan: Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
189197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.