Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını əks etdirən yeni görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülərə əsasən sülhmıramlılar Azərbaycan ərazisini tərk edərək Ermənistana keçiblər.
Qeyd edək ki, son hesabata əsasən, Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontigentindən 294 nəfər (biri qadın olmaqla) regionu tərk edib.
Xatırladaq ki, rus sülhməramlıların Qarabağdan çıxarılması prosesinə aprelin 17-dən etibarən start verilib.
Bizim.Media