Dmitri Solonnikov: “Qərb Paşinyana gərginlik yaratmaq göstərişi verib”

Dmitri Solonnikov: “Qərb Paşinyana gərginlik yaratmaq göstərişi verib”

Hazırda oxunan: Dmitri Solonnikov: “Qərb Paşinyana gərginlik yaratmaq göstərişi verib”

186948

“İrəvanın atdığı hər addım Ermənistanı Rusiyadan və Avrasiyanın inteqrasiya strukturlarından uzaqlaşdırır. Təsadüfi deyil ki, Qərb və Ermənistan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Aİ ilə Ermənistan arasında yaxınlaşma üzrə yol xəritəsini icra edir. Aprelin 5-də Ermənistanın baş nazirinin ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri ilə görüşü İrəvanın məhz bu “yol xəritəsi” çərçivəsində hərəkətidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri yerli KİV-ə müsahibəsində Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov səsləndirib. 

O bildirib ki, Ermənistanla Azərbaycan sərhədində, o cümlədən Naxçıvan istiqamətində birdən-birə müntəzəm xarakter alan təxribatlar təsadüfi deyil:

“Təbii ki, Brüssel görüşü ilə getdikcə artan bu gərginləşmə arasında əlaqə var. Göründüyü kimi, Ermənistan tərəfinə eskalasiya yaratmaq üçün Qərbdən göstəriş verilib. Rusiya ilə Ermənistan arasında gərginlik artacaq. Biz artıq İrəvanın KTMT-nin işində iştirakdan ardıcıl imtina etdiyini görürük və indi məlum olub ki, Ermənistan hakimiyyəti Minskdə MDB-nin xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında iştirak etməmək qərarına gəlib. 
Bütün bu qərarları Paşinyan təkbaşına qəbul etməyib. O sadəcə icraçıdır. Göstərişsə Qərbdən gəlir. Paşinyan da məcburdur ki, bu göstərişləri icra etsin.Qərbinsə bu gün üçün məqsədi budur - Rusiyanı tez bir zamanda Cənubi Qafqazdan çıxarmaq. Bu yeni müharibə hesabına başa gəlsə belə. Yəni Qərbin Cənubi Qafqaz planında müharibə istisna edilmir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO