"Başlıca məsələlərlə bağlı kompromiss əldə edilməzsə, Ermənistanın Azərbaycanla istənilən sülh sazişini imzalamaqdan imtinası istisna deyil".
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan qanunverici orqanın bugünkü iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla danışıqlar davam edir, işçi qruplar görüşür: “Əgər razılığa gəlməsək, istənilən sənədi imzalamayacağıq".
Bizim.Media