Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribat xarakterli militarist kursunu davam etdirir, silahlı qüvvələrini şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Caliber” yayıb.
Bildirilib ki, Azərbaycanla şərti sərhəddə Ermənistan ordusunun hərəkət aktivliyi müşahidə olunur.
Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, Ermənistan silahlı qüvvələrinin cəmləşdirilməsi müşahidə olunur.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media