Rəsmi Moskva: “Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəli planlarına alət etmək istəyir”

Rəsmi Moskva: “Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəli planlarına alət etmək istəyir”

Hazırda oxunan: Rəsmi Moskva: “Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəli planlarına alət etmək istəyir”

185870

“2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.

Bəyanata əsasən, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz həddə çatmasına səbəb olur.
“Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar. Biz İrəvan rəhbərliyini Qərbin onu aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. 

Brüsseldə elan edilən qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz.

Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə (2018-ci ildən 4 dəfə) artmasına və nəticədə rekord iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə səbəb olub”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO