KTMT-nin baş katibi: “Ermənistanın təşkilata üzvlüyü dayandırması ilə bağlı müraciət daxil olmayıb”

KTMT-nin baş katibi: “Ermənistanın təşkilata üzvlüyü dayandırması ilə bağlı müraciət daxil olmayıb”

Hazırda oxunan: KTMT-nin baş katibi: “Ermənistanın təşkilata üzvlüyü dayandırması ilə bağlı müraciət daxil olmayıb”

184880

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) baş katibi İmanqali Tasmaqambetov Rusiyanin “Milli Müdafiə” jurnalına müsahibə  verib.

Bizim.Media xəbər verir ki, həmin müsahibədə Təşkilatla Ermənistan arasındakı hazırkı münasibətlərə də toxunulub. 

İmanqali Tasmaqambetov bildirib ki, rəsmi İrəvan, həqiqətən də, son vaxtlar KTMT katibliyinin işində iştirak etmir:

“Bu, indiki mərhələdə Ermənistanın qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Buna baxmayaraq, təşkilatın fəaliyyəti tam şəkildə davam edir, bütün prosedurlara KTMT-nin normativ-hüquqi bazasına tam uyğun formada riayət edilir.

Katiblik mütəmadi olaraq qəbul etdiyi qərarlar barədə İrəvandakı müvafiq strukturları məlumatlandırır. Ermənistan rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, katibliyə KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı İrəvandan heç bir rəsmi açıqlama daxil olmayıb”.

“Bəs, KTMT və onun rəhbərliyi Ermənistandan belə bir bəyanat gözləyirmi?” sualına baş katib belə cavab verib:

“Həm mən, həm də Katiblik Təşkilatın qəbul etdiyi qaydalara və prosedurlara ciddi uyğun işləyirik. Biz təbii ki, analitiklərimizin və onların əlində olan alətlərin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla KTMT arasındakı münasibətləri təhlil edirik.

Gizlətməyəcəyəm ki, erməni elitasının bəzi nümayəndələrinin açıqlamaları narahatlıq doğurur.

Amma biz Ermənistan rəhbərliyinin təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. Xüsusi qeyd edim ki, Ermənistan bizim müttəfiqimizdir və bütün mövcud öhdəliklər qüvvədə qalır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO