“Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişiklik etməklə həm də Rusiya hərbçilərini ölkə ərazisindən çıxarmaq istəyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Bildirilib ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi gündəmdən düşməyib:
“Çünki yalnız yeni konstitusiyada müvafiq müddəaları təsbit etməklə Ermənistan rusları ölkə ərazisindən çıxara bilər. Söhbət 1995-ci il dövlətlərarası müqavilə əsasında fəaliyyət göstərən Gümrüdə yerləşən 102-ci hərbi bazadan gedir. 2010-cu ildə sənədə dəyişikliklər edildi və bazanın yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadıldı. Odur ki, yalnız yeni konstitusiya ilə Ermənistan Rusiya qoşunlarını ölkə ərazisindən çıxara bilər”.
Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliyi uzun müddətdir müzakirə olunur.
Bizim.Media
- A-
- A
- A+
Region
11:09 / 23.03.2024
“Paşinyan konstitusiyanı rusları ölkədən çıxarmaq üçün dəyişmək istəyir” - HRAPARAK
Hazırda oxunan: “Paşinyan konstitusiyanı rusları ölkədən çıxarmaq üçün dəyişmək istəyir” - HRAPARAK
Hazırda oxunan: “Paşinyan konstitusiyanı rusları ölkədən çıxarmaq üçün dəyişmək istəyir” - HRAPARAK
183837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.