Cənubi azərbaycanlı politoloq: “İran ermənilərin xətrinə şeytanla da əməkdaşlığa gedər” – ÖZƏL   

Cənubi azərbaycanlı politoloq: “İran ermənilərin xətrinə şeytanla da əməkdaşlığa gedər” – ÖZƏL   

Hazırda oxunan: Cənubi azərbaycanlı politoloq: “İran ermənilərin xətrinə şeytanla da əməkdaşlığa gedər” – ÖZƏL   

183321

“İranın Orta Şərqdə apardığı siyasətə nəzər salsaq, görərik ki, onlar Avropaya qarşı mövqe tutmurlar. Xüsusən, son zamanlar İran Fransa ilə birlikdə hərəkət edir. Bilirik ki, Fransanın müstəmləkəsi olmuş Livanda İranın nüfuzu çox yuxarıdır. Həmçinin Fransanın milliyyətçi partiya sədri Marin Le Pen atasının izi ilə gedir. O çıxışlarında qeyd edir ki, Orta Şərqdə şiə İran bizə digər müsəlmanlardan daha yaxındır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Cənubi azərbaycanlı politoloq Aslan Sultani deyib. 

“Fransanın ən böyük dəstəkçisi İrandır”
 

MÖVZU İLƏ BAĞLI:

İran öz AMPLUASINDA – Tehran Ermənistanla hərbi əməkdaşlığı DAVAM ETDİRƏCƏK... 


Fransanın Afrikadan sonra Cənubi Qafqazda möhkəmlənmək planlarının ən böyük dəstəkçisinin İran olduğuna diqqət çəkən Sultani, İranın Avropa ilə münasibətlərinin heç də üzdə göründüyü kimi olmadığını qeyd edib. 

“Düşünürlər ki, İranla əməkdaşlıq Fransanın uzunmüddətli mənafeyinə xidmət edir. İranda Amerika sanksiyalarından sonra neft-qaz sənayesinə ən böyük yatırımları Fransanın Total şirkəti edib. Amerikanın Fransaya sanksiyaları zamanı ən çox narahat olan Fransa olub. 

Xüsusən Donald Trampın prezidentlik dönəminə baxmağımız kifayətdir. Tramp dövründə Fransa ilə münasibətlər bunu göstərir. İnsanlar arasında İranın Avropa ilə münasibətlərində yanlış baxış var.

Çünki İran insanların düşündüyü kimi Avropa ilə düşmən deyil və ona qarşı addımlar atmır. İslam inqilabından sonra bəzi şüarlar vardı, lakin indi vəziyyət fərqlidir. 

İran dərin dövləti Avropa və Qərblə çox yaxın hərkət edir. Qacar dönəmində belə Yunanıstanın Osmanlı ilə böyük müharibələrə başladığı zamanda Qacarlar yunanlarla ciddi anlaşmalar imzalamışdı. İranda İslam İnqilabının rəhbəri İmam Xomeyni sürgün həyatının son ilini məhz Paris yaxınlığında Nofl-le-Şato şəhərciyində yaşayıb”, - deyə A.Sultani bildirib. 

“İran ermənilərə görə şeytanla da əməkdaşlığa gedir”

Hazırda Fransanın Cənubi Qafqaz maraqlarına İranın xidmət etdiyinə diqqət çəkən politoloq, hər iki ölkənin erməni məsələsində Azərbaycan və Türkiyəyə qarşı olduqlarını deyib:

“Ümumilikdə deyə bilərik ki, Fransa və İranın erməni məsələsində eyni addımı atmaları heç də təəccüblü deyil. Türkiyə və Azərbaycan mənafeyinin üstün olduğu hər yerdə İran narahatdır. Tam əksi olacaqsa, İran orada hər zaman sevincli olacaq. 44 günlük müharibədə bunun tam şahidi olduq. Ortada erməni məsələsi varsa, İran nəinki Fransa ilə hətta şeytanla da birgə addımlayar. 

Fransa isə İran üçün şeytan deyil, çox yaxın müttəfiqidir. Fars rejimi Fransanın və Avropanın hər zaman xidmətindədir. İran NATO üzvü deyil, lakin İran NATO-nun çay gətirənidir”, - deyə A.Sultani əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO