Rusiyanın Ermənistana tətbiq etdiyi qadağanın dəqiq vaxtı AÇIQLANDI

Rusiyanın Ermənistana tətbiq etdiyi qadağanın dəqiq vaxtı AÇIQLANDI

Hazırda oxunan: Rusiyanın Ermənistana tətbiq etdiyi qadağanın dəqiq vaxtı AÇIQLANDI

183301

 “Mir” ödəniş sisteminin qadağası təkcə Ermənistan bankları ilə məhdudlaşdırmır və bəzi xarici banklarla da əlaqələri dayandırırıq”.

Bizim.Media Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Mir” Milli Ödəniş Kartları Sistemi məlumat yayıb.

Məlumatda bildirilir ki, sistem digər ölkələrin maliyyə təşkilatlarının kartların qəbulunun mümkün xitamına dair qərarları da müstəqil şəkildə qəbul edir.

“Biz ayrı-ayrı xarici maliyyə təşkilatlarının “Mir” kartlarının qəbulunu dayandırmaq qərarına təsir edə bilmərik” – deyə şirkətdən bildirilib. 

Qeyd edək ki,  bir müddət əvvəl RBC telekanalı Rusiya VTB-nın törəməsi olan “Ermənistan VTB-nın rəsmi nümayəndələrinə istinadən, bu ölkənin əksər banklarında “Mir” kartlarının qəbulunun tezliklə dayandırılması barədə məlumat yaydı. 

Bu ilin martın 30-dan etibarən bu ölkəni bir sıra banklarında bu kartlarla əməliyyatların aparılmasının qeyri-mümkün olacağı dəqiqləşdirilib.

Ancaq VTB-nin törəmə şirkəti bu məsələdə istisna təşkil edəcək və müştəriləri Mir kartları ilə əsas əməliyyatlarını davam edəcək. Bu xidmətlərə bankın bankomatlarından nağd pul çıxarmaq, onlayn alış-veriş etmək və onlayn bankçılıqda xidmətlərə görə ödəniş etmək daxildir. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO