Rusiyanın Praqa səfirliyi önündə iğtişaşlar başladı – DAVA DÜŞDÜ

Rusiyanın Praqa səfirliyi önündə iğtişaşlar başladı – DAVA DÜŞDÜ

Hazırda oxunan: Rusiyanın Praqa səfirliyi önündə iğtişaşlar başladı – DAVA DÜŞDÜ

18280

Rusiyanın Praqa səfirliyi önündə Moskva əleyhinə aksiyanın iştirakçıları ilə müxalifləri arasında toqquşma baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Çex Televiziyası yayıb. 

"Demokratiya uğrunda milyon an" vətəndaş təşəbbüsünün nümayəndələri aksiyaya anti-Rusiya şüarları və pankartlarla gələrək Çex səlahiyyətlilərinin Rus diplomatlarını ölkədən qovmaq qərarını dəstəkləyiblər.
 

MÖVZU İLƏ BAĞLI:

Portlandda seçkilərə görə iğtişaş - Milli Qvardiya gətirildi


Daha sonra Praqanın bu addımına qarşı çıxan bir qrup şəxs səfirliyə yaxınlaşıb. Bundan sonra dava düşüb. Nəticədə bir iştirakçı saxlanılıb.

Əvvəllər səfirliyin qapılarına ketçup atılmışdı. Polis yeddi nəfəri saxlayıb. Onlara qarşı inzibati iş açılıb.

Bir neçə gün öncə Çexiya Baş naziri Andrey Babiş 2014-cü ildə Vrbetitsadaki sursat anbarında baş vermiş partlayışda Rusiya xüsusi xidmət əməkdaşlarının şübhəli olduğunu söyləyib. 

Ölkənin Xarici İşlər naziri Jan Hamacek 18 rus diplomatı ölkədən çıxaracağını açıqlayıb. Onlara 48 saat vaxt verilib.

Çex polisi, öz növbəsində rusiyalıları - Aleksandr Petrovu və Ruslan Boşirovu axtarışa verib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Praqanın diplomatik nümayəndəliyin işçilərini ölkədən çıxarmaq niyyətini şərh edib:

“Çexiyada bu cür qərarların nəticələrini yaxşı bilirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO