Rusiya Xocalıda tibbi məntəqə açıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tibbi məntəqə Xocalı rayonunun Sərdarkənd kəndində yerləşir.
“Humanitar Yardım Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi yerləşdirilib”-deyə məlumatda qeyd edilib.
Rusiya sülhməramlı kontingent komandirinin köməkçisi general-mayor Sergey Jmurin bildirib ki, bu qeyri-adi missiyadır və müraciət edənlərin hamısına lazımi köməklik göstəriləcək.
Bundan əlavə, Humanitar Müdaxilə Mərkəzinin hərbi qulluqçuları Rusiya ictimai və xeyriyyə təşkilatları tərəfindən Dağlıq Qarabağa göndərilən 1500 kiloqrama yaxın humanitar yardımın ehtiyacı olanlara çatdırılmasını təşkil etdiklərini deyiblər.
Bizim.Media
- A-
- A
- A+
Region
13:23 / 17.04.2021
Rusiya Xocalıda tibbi məntəqə açdı - Ermənilər müayinədən keçirilir - FOTO
Hazırda oxunan: Rusiya Xocalıda tibbi məntəqə açdı - Ermənilər müayinədən keçirilir - FOTO
Hazırda oxunan: Rusiya Xocalıda tibbi məntəqə açdı - Ermənilər müayinədən keçirilir - FOTO
18167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.