Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərarı yoxdur.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Heç bir kurs dəyişikliyindən söhbət getmir. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, lakin bunu istisna etmirik. Əgər cəmiyyət bu barədə danışırsa, belə bir tələbin olduğunu deyə bilərik”, - deyə o bildirib.
Eyni zamanda, İrəvanın Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmədiyini deyən spiker mövcud təhlükəsizlik arxitekturasının artıq işləmədiyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:44 / 29.02.2024
KTMT-dən çıxmaq barədə qərar verilməyib - İrəvan geri addım atır?
Hazırda oxunan: KTMT-dən çıxmaq barədə qərar verilməyib - İrəvan geri addım atır?
Hazırda oxunan: KTMT-dən çıxmaq barədə qərar verilməyib - İrəvan geri addım atır?
180503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.