Paşinyan bir sıra nazirlərdən yaxa qurtarmaq istəyir

Paşinyan bir sıra nazirlərdən yaxa qurtarmaq istəyir

Hazırda oxunan: Paşinyan bir sıra nazirlərdən yaxa qurtarmaq istəyir

179141

"Ermənistanın baş naziri Nikol Paşinyan səmərəsiz fəaliyyət göstərən bir sıra nazirlərdən yaxa qurtarmağı planlaşdırır. Ancaq onların yerinə layiqli əvəz tapa bilmir, çünki baş nazirin kadr ehtiyatı xeyli tükənib və təcrübəli mütəxəssislər çatışmır".

Bizim.Media xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb. 

Mənbə qeyd edir ki, Paşinyan öz partiyasından olan parlament deputatlarını icra hakimiyyətlərində vəzifələrə cəlb etmək istəyib, hətta onlara nazir postları da təklif edib. Lakin hakim partiyanın deputatları Paşinyanın təkliflərini rədd ediblər. 

Buna səbəb deputatların birbaşa Paşinyanın nəzarətində olmaq istəməməsi və onunla gündəlik görüşlərdən yayınmaqlarıdır.

Nəşrə məlum olub ki, hakim partiyanın üzvləri parlamentdə özlərini rahat hiss edir, deputat vəzifəsini daha “prestijli” hesab edir və buna görə də icra hakimiyyətinə keçmək istəmirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO