Bakıda təcridxanada saxlanılan Ruben Vardanyanın bankı SATILDI

Bakıda təcridxanada saxlanılan Ruben Vardanyanın bankı SATILDI

Hazırda oxunan: Bakıda təcridxanada saxlanılan Ruben Vardanyanın bankı SATILDI

178877

"Bank of Georgia Group" (BOGG) Ermənistan bankı "Ameriabank" QSC-nin 303.6 milyon ABŞ dollarına satın alınması ilə bağlı razılaşma əldə edib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə BOGG-nin press-relizində deyilir.

Mənbə yazır ki, tranzaksiyanın edilməsindən sonra bankın səhmlərinin 90%-i BOGG-yə, 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) qalacaq.

Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameribank"ın baş qərargahı İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan rusiyalı milyarder, Qarabağ separatçılarının "rəhbərləri"ndən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.
"Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO