Aİ İrəvana dezinformasiya ilə mübarizəni davam etdirməyə dair ÇAĞIRIŞ EDİB 

Hazırda oxunan: Aİ İrəvana dezinformasiya ilə mübarizəni davam etdirməyə dair ÇAĞIRIŞ EDİB 

178011

Avropa İttifaqı və Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işə başlamaq qərarına gəliblər.

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

O, Ermənistanı Aİ ilə vizasız rejimə nail olmaq yolunda dialoqa başlamaq üçün islahatlar aparmağa çağırıb.

Borrel Ermənistanı ayrı-seçkilik və dezinformasiya ilə mübarizəni davam etdirməyə çağırıb və qeyd edib ki, Aİ yaxın gələcəkdə Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əlaqələri də dərinləşdirmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO