Mustafayevlə Qriqoryanda Rusiya XİN-in danışdığı “eksklüziv xəritə” varmı?

Mustafayevlə Qriqoryanda Rusiya XİN-in danışdığı “eksklüziv xəritə” varmı?

Hazırda oxunan: Mustafayevlə Qriqoryanda Rusiya XİN-in danışdığı “eksklüziv xəritə” varmı?

177631

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rossiya 24” telekanalına müsahibəsində bir daha bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üçün “ən dəqiq xəritə Moskvanın əlindədir”.

Bizim.Media haqqin.az saytına istiandən xəbər verir ki, Qaluzin bir daha tərəfləri Moskvanın iştirakı ilə birbaşa danışıqları davam etdirməyə çağırıb. O, bəyan edib ki, Rusiya “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır”.

Qaluzin iddia edir ki, Rusiya tərəfində Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üçün lazım olan “eksklüziv materiallar” var.

Xatırladaq ki, Rusiya tərəfi daha əvvəllər də bəyan etmişdi ki, Moskva sərhədləri müəyyən etmək üçün “ən dəqiq” xəritələrə malikdir. Söhbət 1975-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən tərtib edilmiş hərbi xəritələrdən gedir.

Putin də bir müddət öncə tərəflərə xəritə məlumatlarını təqdim etməyə hazır olduğunu demişdi.

Mixail Galuzin "eksklüziv materiallar" haqqında danışarkən bu xəritələri nəzərdə tutub-tutmadığını dəqiqləşdirməyib.

Sonuncu dəfə yanvarın 31-də Qazax istiqamətində azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşüb danışıqlar aparan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi Rusiya tərəfinin qeyd olunan xəritələrinə münasibət bildirməyib.
Hakim “Mülki Müqavilə” partiyasından olan deputat Vaqarşak Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, bu barədə onun heç bir məlumatı yoxdur.

Bununla belə, o vurğulayıb ki, xəritələr sərhədlərin delimitasiyası və demarkasiyası üçün vacibdir. Danışıqların davam etdiyini və prosesin gedişi ilə bağlı tərəflərin verdiyi məlumatların heç də həmişə üst-üstə düşmədiyini deyən deputat əlavə şərh vermək istəməyib.

Xatırladaq ki, xəritələrlə bağlı Azərbaycanın rəsmi mövqeyi Prezident İlham Əliyev tərəfindən aydın və açıq şəkildə ifadə olunub. Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi 1975-ci ilin xəritələrindən istifadə etməyi təklif edir, lakin bu təklifin heç bir məntiqi əsası yoxdur. 

Azərbaycan isə sərhədlərin əvvəlki dövrlərə aid xəritələr əsasında müəyyənləşdirilməsini və ya xəritələrdən tamamilə imtina edərək birbaşa yerli vəziyyəti nəzərə alaraq işləməyi təklif edir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO