“Əgər cinayət etmişiksə, bizim günahımız xalqın səsinə qulaq asmamaq olub”.
Bizim.Media news.am saytına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının təşəbbüs toplantısında deyib.
“Son 20 il ərzində istər müxalifət, istər iqtidar, istərsə də siyasətlə məşğul olmayan hər kəs masa ətrafında həmişə sülhlə bağlı tost deyirdi. Düzdür, belə fikirlər 2020-ci ildən əvvəl səslənirdi.
Bizə aydın olmalı idi ki, bu, xalqın mesajıdır. Əgər xalqla kifayət qədər bağlı olsaydıq, başa düşərdik ki, onlar bu əmri siyasətlə məşğul olan insanlara verirlər. Bizim günahımız odur ki, biz bu mesajı düzgün dərk etməmişik. İkincisi də bu mesajı təhlil edib xalqa deməmişik ki, bizə doğrudanmı sülh əmri verirsiniz?
Düşündük ki, bütün bunları desək və etsək, bizə satqın, torpaq verən, cinayətkar deyərlər. Biz və şəxsən mən xalqımızın arzularını yaxşı bilirik. Və mən bu çətin vəziyyətdə xalqımızı minalanmış sahədən itkisiz çıxarmağı özümə borc bilirəm. Fırtınalı okeandan qayığımızı sahilə çıxarmaq məcburiyyətindəyəm. Bu gün bu barədə danışmamaq cinayət olardı”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:00 / 11.02.2024
Paşinyan: “Xalqımızı minalanmış sahədən itkisiz çıxarmağı özümə borc bilirəm”
Hazırda oxunan: Paşinyan: “Xalqımızı minalanmış sahədən itkisiz çıxarmağı özümə borc bilirəm”
Hazırda oxunan: Paşinyan: “Xalqımızı minalanmış sahədən itkisiz çıxarmağı özümə borc bilirəm”
177621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.