Dövlət Dumasının deputatı Ermənistanı HƏDƏLƏDİ: “İrəvan tezliklə itirilə bilər”

Dövlət Dumasının deputatı Ermənistanı HƏDƏLƏDİ: “İrəvan tezliklə itirilə bilər”

Hazırda oxunan: Dövlət Dumasının deputatı Ermənistanı HƏDƏLƏDİ: “İrəvan tezliklə itirilə bilər”

176714

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Ermənistanın baş naziri Nikol Paşinyanı anti-Rusiya siyasətinə görə kəskin tənqid edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Juravlev “Telegram” kanalında yazıb.

“Ermənistanda Paşinyan Ukraynada Zelenski ilə eyni şeyi edir - Rusiya ilə münasibətləri ardıcıl və davamlı şəkildə pisləşdirir, baxmayaraq ki, bu onun xalqı üçün son dərəcə sərf etmir və müəyyən dərəcədə təhlükəli də ola bilər... 

İndi o, tamamilə bizimlə hərbi sahədə əməkdaşlıqdan imtina etmək istəyir. Qoy, imtina etsin, Qərbdən kömək umsun. Sadəcə unutmayın ki, İrəvan tezliklə itirilə bilər”, – deyə sədr müavini qeyd edib.
Xatırladaq ki, fevralın 2-də ölkəsinin ictimai radiosunda Paşinyan bildirib ki, Ermənistan “obyektiv və subyektiv səbəblərdən” yalnız Rusiya Federasiyası ilə hərbi əməkdaşlığı inkişaf etdirə bilməz.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO