İrəvan şəhərinin Erebuni rayonunda partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan erməni mətbuatına bildirib.
Onun sözlərinə görə, partlayış Nor Areş küçəsi 34-də qeydə alınıb. İlkin məlumatlara görə, iki ev uçub, iki nəfər dağıntılar altında qalıb.
Sosial şəbəkə istifadəçiləri çörək sexində partlayış baş verdiyini yazıb.
Bizim.Media