Paşinyan bir daha Rusiyaya meydan oxudu: “Əməkdaşlıq keçmişdəki kimi ola bilməz”

Paşinyan bir daha Rusiyaya meydan oxudu: “Əməkdaşlıq keçmişdəki kimi ola bilməz”

Hazırda oxunan: Paşinyan bir daha Rusiyaya meydan oxudu: “Əməkdaşlıq keçmişdəki kimi ola bilməz”

176535

Ermənistanda Rusiya ilə münasibətlərə yeni baxış formalaşıb. Ölkənin siyasi liderləri Rusiya ilə münasibətləri, xüsusən də hərbi sahədə əməkdaşlığı perspektivsiz qiymətləndirirlər. Onların fikrincə, Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır.

Bizim.Media xəbər verir ki, məsələyə baş nazir Nikol Paşinyan da münasibət bildirib.

Onun sözlərinə görə, Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz:

“Biz başa düşməliyik ki, hərbi və hərbi-texniki əməkdaşlığı kiminlə inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 faizi Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”.
Paşinyan bildirib ki, Ermənistan ictimaiyyəti İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmayacağını başa düşməlidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO