Ermənistan İqtisadiyyat Nazirliyində korrupsiya qalmaqalı - Nazir müavini və idarə rəisi tutuldu

Ermənistan İqtisadiyyat Nazirliyində korrupsiya qalmaqalı - Nazir müavini və idarə rəisi tutuldu

Hazırda oxunan: Ermənistan İqtisadiyyat Nazirliyində korrupsiya qalmaqalı - Nazir müavini və idarə rəisi tutuldu

175947

Ermənistan İqtisadiyyat Nazirliyində Milli Təhlükəsizlik Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. 

Bizim.Media news.az saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı İqtisadiyyat Nazirliyi yayıb.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan isə jurnalistlərlə söhbətində mövzuya münasibət bildirib:

"Düzünü desəm, mən bilmirəm, bu, Milli Təhlükəsizlik Xidmətidir, ya yox və niyə idarəyə baş çəkiblər? Təbii ki, dövlət qurumları əsasən korrupsiya ilə bağlı işlərlə məşğul olur və biz korrupsiyaya qarşı mübarizəyə üstünlük veririk. Onu da vurğulamalıyam ki, son 3 ildə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının başına belə bir şey gəlməyib”, - deyə nazir bildirib.

İqtisadiyyat nazirinin müavini Ani İspiryanın işdən çıxarılmasının bu əməliyyatla üst-üstə düşməsi ilə bağlı iradlara cavab olaraq Kerobyan bunun sadəcə təsadüf olduğunu qeyd edib. 
“Ani 1,5 ay əvvəl ərinin Niderlandda işə düzəldiyini, köçməyə hazırlaşdıqlarını söylədi və köçməyə bir neçə gün qalmış ərizə yazdı”, - deyə nazir jurnalistə bu mövzuda sual verməməyi xahiş edib.

Xatırladaq ki, Ani İspiryan Ermənistan iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib. 168.am yazır ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Mətbuatda yayılan məlumata görə, İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiyaları İdarəsinin rəisi Liliya Sirakan da saxlanılıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO