Rusiya səfirliyindən İrəvandakı abidənin dağıdılmasına REAKSİYA

Rusiya səfirliyindən İrəvandakı abidənin dağıdılmasına REAKSİYA

Hazırda oxunan: Rusiya səfirliyindən İrəvandakı abidənin dağıdılmasına REAKSİYA

175828

“İrəvanda “mühasirədə olan Leninqrad uşaqları” abidəsini ləkələyənlər cəzalandırılmalıdır, Rusiya tərəfi Ermənistan hakimiyyətindən məsələyə hüquqi qiymət verilməsini tələb edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin bəyanatında qeyd edilib.

“Səfirlik ümid edir ki, bu hərəkətlərə Ermənistan hakimiyyəti tərəfindən müvafiq hüquqi qiymət veriləcək və bu təxribatda iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı söylədiklərdən qəzəblənən şəxs ötən gün İrəvandakı “mühasirədə olan Leninqrad uşaqları” abidəsini dağıdıb. O, abidə önünə qoyulan əklilləri aşırıb, Rusiya bayrağını tapdalayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO