İrəvanda partiya sədrindən sərsəm açıqlama: “ABŞ-ı Ermənistan güclü və böyük edib” - VİDEO

İrəvanda partiya sədrindən sərsəm açıqlama: “ABŞ-ı Ermənistan güclü və böyük edib” - VİDEO

Hazırda oxunan: İrəvanda partiya sədrindən sərsəm açıqlama: “ABŞ-ı Ermənistan güclü və böyük edib” - VİDEO

17567

Ermənistanın “Avropa Partiyası”nın sədri Tiqran Xzmalyan televiziya vasitəsi ilə verdiyi müsahibəsində özünü və ölkəsini gülünc vəziyyətə qoyub.

Bizim.Media xəbər verir ki, belə ki, o, çıxışında deyib ki, sabiq prezident Donald Tramp vəzifəyə gələndə “ABŞ-ı yenidən güclü edək” şüarı ilə gəlmişdi:

“Mən burada bir sual vermək istəyirəm. “Yenidən Amerikanı güclü etmək nə deməkdir?”.

Amerika nə vaxtdan  güclü olub. Fikirlərim bəziləri üçün acı və gülməli səslənsə də bu ölkənin tarixi ilə uzun müddət məşğul olduğuma görə deyə bilərəm ki, Amerikanı Ermənistan güclü edib”. 

Qeyd edək ki, rejissor Tiqran Xzmalyanın rəhbərlik etdiyi partiya 6 noyabr 2018-ci ildə yaradılıb.

Hazırda parlamentdə təmsil olunmur. O, partiyanın müxalifət kimi fəaliyyət göstərəcəyini və hökuməti Avropa Birliyinə qoşulmaq üçün çalışacağını  bildirib.

2018-ci il seçkilərindən sonra partiya Baş nazir Nikol Paşinyana şübhə ilə yanaşıb və bəyan edib ki, Ermənistanın yeni hökuməti ölkəni rus işğalından qurtara bilməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO