İrəvanda 39 yaşlı qadının intiharı ilə bağlı cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı generalın qızının meyiti İrəvanda tapıldı
Bundan əvvəl Shamshyan.com saytı Rusiya Federal Sərhəd Xidmətinin general-leytenantının qızının İrəvanda ölü tapıldığını bildirmişdi.
"11 aprel 2021-ci il tarixdə saat 17: 05-də Ermənistanın Zeytun polis şöbəsinə bir vətəndaşdan qadının intiharı ilə bağlı zəng gəlib. Hadisə yerinə baxış keçirilərkən mənzildə 1981-ci il təvəllüdlü bir qadının cəsədi tapılıb. Onun döş qəfəsinin sol tərəfində güllə yarası olub”. Mesajda deyilir.
Cəsədin yaxınlığında müstəntiqlər 7 patron, bir gilzə, bir güllə və bir Makarov tapançası tapıblar.
İnsidentlə bağlı cinayət işi açıb. İlkin istintaq davam edir.
Qeyd edək ki, mərhumun atası milliyyətcə ermənidir, Federal Sərhəd Xidmətində xidmət edib və 1996-cı ildə ehtiyata buraxılıb.
Bizim.Media