Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak ala biləcək?

Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak ala biləcək?

Hazırda oxunan: Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak ala biləcək?

175098

Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak ala bilərlər.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Azərbaycan və Türkiyə vətəndaşları və bu ölkələrin hüquqi şəxsləri yalnız kənd təsərrüfatı təyinatlı torpaqları ala bilməyəcəklər. Bütün digər hallarda prosedur eynidir, daşınmaz əmlak almaq imkanı əldə edəcəklər. Yəni hər kəs ərizə verib müvafiq sövdələşmə bağlaya biləcək”, - deyə o, qeyd edib.

 



Xatırladaq ki, Azərbaycanın işğalçı Ermənistanla hələlik heç bir sahədə münasibətləri qurulmayıb. Erməni məmurunun dediklərinin hansı hüquqi əsaslarla həyata keçiriləcəyi də bəlli deyil.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO