Ermənistanda qızların orduya cəlb edilməsi istiqamətində təbliğat başlayıb.
Bizim.Media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi altı aylıq məcburi hərbi xidmət keçmək üzrə olan ilk qızın videosunu yayıb.
Məlumata görə, Milena Yenokyan proqramlaşdırma ilə məşğuldur, iki il Vazgen Sarkisyan adına Hərbi Akademiyaya qəbul olmaq üçün ərizə verib.
Lakin görmə problemlərinə görə qəbul edilməyib. Müəyyən düzəlişdən sonra xidmətə yararlı elan edilib.
Xatırladaq ki, Ermənistan ordusunu komplektləşdirə bilmir, fərarilərin sayı da günü-gündən artır.
Bizim.Media