Qaribaşvili:

Qaribaşvili: "Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişi imzalayacaq"

Hazırda oxunan: Qaribaşvili: "Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişi imzalayacaq"

174029

Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişi imzalayacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili səsləndirib.

"Mən Azərbaycan və Ermənistan liderlərinin mövqeyini bilirəm. Onlar bir-biri ilə ikitərəfli səviyyədə əlaqələr qurmaq istəyirlər. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki çox vasitəçi və maraqlı tərəflə proses bəzən daha mübahisəli və əks-məhsuldar olur. Gürcüstanın qonşu dövlətlərlə çox sıx və tərəfdaşlıq münasibətləri var, onlar bizim qardaş və dostumuzdur. Ona görə də onlara uğurlar arzulayıram", deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO