Ermənistan müdafiə nazirliyi hələ də blokadadlr – Valideynlər evlərinə getmir

Ermənistan müdafiə nazirliyi hələ də blokadadlr – Valideynlər evlərinə getmir

Hazırda oxunan: Ermənistan müdafiə nazirliyi hələ də blokadadlr – Valideynlər evlərinə getmir

17365

Qarabağ müharibəsi zamanı itkin və əsir düşən hərbçilərin valideynləri və qohumları uşaqlarının geri qayıtmasının təşkili ilə bağlı dəqiq təminatlar verilənədək Ermənistan Müdafiə Nazirliyinin binasının mühasirəsini davam etdirməyi planlaşdırırlar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, aksiya 8 aprelin səhərindən başlayıb: itkin düşənlərin yaxınları Müdafiə Nazirliyinin binasının bütün giriş və çıxışlarını avtomobillərlə bağlayıblar. 

Etirazçılarla danışıqları polis əməkdaşları aparıb. 

Bəzi qadın əməkdaşlar vertolyotla mühasirəyə alınan binadan çıxarılıb. "Burada qalacağıq, evdə heç bir işimiz yoxdur. Dünəndən bəri burdayıq, çünki bizi qəbul etmirlər. Əgər kifayət qədər səy göstərsəydilər, uşaqlarımız indi yanımızda olardı", deyə etiraz edən kişi qeyd edib.

O, 14 oktyabrdan bəri 18 yaşlı yeganə oğlunun taleyi barədə heç nə bilmədiyini söyləyib. Müharibənin başlanğıcında oğlan yalnız iki ay xidmət edib. 

Polis rəisi Vaqe Qazaryan da etirazçıların qarşısına çıxıb. 10 nəfərlik bir qrupu nazirliyin binasına getməyə dəvət edib, lakin valideynlər imtina edərək hamının qəbul edilməsini tələb ediblər.

Ermənistan hakimiyyəti isə bu ərəfədə bir qrup hərbi əsir olan təyyarənin Bakıdan İrəvana gəldiyini elan edib. Ancaq təyyarə hərbi əsirlər olmadan İrəvana gəlib.

Eyni zamanda, Rusiya tərəfi təyyarənin gəlməsindən əvvəl də əsir  mübadiləsi faktını təsdiqləməyib.

Daha sonra, sülhməramlı kontingentin komandiri general-leytenant Rüstəm Muradov erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərləri təxribat adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO