İranın Neft Şirkətinin icraçı direktoru Mohsen Xocəstemehr Əhvaz şəhərində narazı gənclərin suallarına cavab verə bilməyib.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, nəticədə o, qaçmağa məcbur olub.
Qeyd edək ki, Xuzistan əyalətinin müxtəlif şəhərlərinin gəncləri əyalətin neft sənayesində yeni iş yerlərinin olmamasına və neft sənayesinin ətraf mühiti çirkləndirməsinin artmasına etiraz etdikləri üçün sərgi salonunun girişində hökumətin muzdlu agentləri ilə qarşı-qarşıya gəliblər.
Bizim.Media