Erməni dilənçiliyinin pozğunluq sərmayəsi – Ermənistan büdcəsi Kim Kardaşyandan asılıdır...

Erməni dilənçiliyinin pozğunluq sərmayəsi – Ermənistan büdcəsi Kim Kardaşyandan asılıdır...

Hazırda oxunan: Erməni dilənçiliyinin pozğunluq sərmayəsi – Ermənistan büdcəsi Kim Kardaşyandan asılıdır...

17313

“Ağıllınız kimdir? Qabaqda gedən porno ulduz...”.

“Forbes” jurnalının apardığı hesablamalara görə, erməni porno ulduz Kim Kardaşyan 750 milyon sərvəti ilə dünyanın milyonçu qadınlar siyahısına daxil edilib. 

Hər zaman “qadın siyasəti” ilə qabağa getməyə çalışan ermənilər bu xəbərə sevinib, mətbuatda Kardaşyana palaz boyda yazılar ithaf ediblər. 

Ermənistanın “1in.am” nəşri yazır:

“Bu siyahıda milliyyətcə bir erməninin olması, vətənpərvər məntiqi ilə bizim üçün sevindirici bir xəbərdir. Fəxr edərək sevinməklə yanaşı, Kim Kardaşyanın şanslı olmasını erməni bəxtinin açılması kimi də təsəvvür etmək vacibdir”. 

Hazırda ermənilər təbliğat naminə “üzümünü ye, bağını sorma” prinsipi ilə hərəkət edirlər. İşini incəliyinə getmək ermənilərə sərf eləmir. Onlara maraqlı deyil ki, Kim bacıları bu sərvəti hansı yolla toplayıb? Ağılla, işlə yoxsa... Gerisi, zatən hamıya bəllidir. 

Bu yerdə Molla Nəsrəddinin öz qızını tərifləməyi yadıma düşdü. Qapısına gələn elçilərə görə durmadan qızını tərifləyən molla heç fərqinə varmadan övladı barədə deyir ki, “hələ qarnında 6 aylıq balası da var”. 

Ermənilərin Kardaşyanı mədh etdiyi yazılara qayıtsaq, məqalədəki erməni dilənçiliyinə də toxunmalıyıq.

Çünki müəllif yazısında Kimi Ermənistana sərmayə qoymağa çağırıb. İndi Ermənistanın ağır dönəm yaşadığını yazan erməni ölkədə Kardaşyan investisiyalarına ehtiyacın olduğunu etiraf edib. Yazıda Kimə təklif olunub ki, “halal ruzi” ilə əldə etdiyi pulların hesabına yaratdığı şirkəti Ermənistana köçürtsün. 

Xatırlatmasaq olmaz... Ermənilər Anait adında “ruzi-bərəkət mələyinə” də sitayiş edirlər. Avropalı səyyah və tarixçilər isə Anaiti fahişəlik ilahəsi adlandırır. Dünya alimləri faktlarla təsdiq edir ki, əslində Anait priton sahibi olub və kasıb erməni qızlarını ora cəlb edərək bədənlərini satmaqla onlara pul qazandırıb. Yəni, ermənilər pozğunluqla əldə olunan pulu həmişə müqəddəsləşdiriblər. 

Odur ki, indi də onların “ruzi-bərəkət ilahə”si Kim Kardaşyandır. Kimə möhtac olan ermənilər Kardaşyandan həm də bir təbliğat maşını kimi istifadə edirlər.

Kim indi ermənilərin dünyada “haqq” səsidir. Elə onun 18+ filmlərindəki səslər də ermənilər üçün kilsə zəngi qədər safdır. 

Çirkin əməllərini ört-basdır etmək üçün Ermənistanın həyata keçirdiyi "təbliğat kampaniyası"nın əsas siması Kim Kardaşyandır. Kim İrəvanın qibləsidir deyə erməni xalqı həmişə ondan dəstək umub. O Kim ki, elə 2016-ci ilin aprel döyüşlərində də, 44 günlük Vətən müharibəsində də Ermənistanın tirajladığı "ulduz"lar siyahısına başçılıq edib.

Danılmaz faktdır ki, kimliyi naməlum olan Kim, daima Dağlıq Qarabağ münaqişəsində ölkəmizin əleyhinə "təbliğat kampaniyaları"nın başında dayanıb.

Söylənilənlərə sübut kimi Kim Kardaşyanın Səudiyyə Ərəbistanı şahzadəsi Salmanla 4 milyonluq gecəsini göstərmək olar. Kardaşyana həmin pulun cəmi bir milyonunu özünə saxlamış, digər 3 milyon ABŞ dollarının yarısını Ermənistan ordusuna yardım, yerdə qalan milyon yarım pulu ermənilərin sosial rifahına xərcləyib. 

Bir neçə il bundan əvvəl Kardaşyan bir milyon xristian erməninin öldürülməsi yalanını ABŞ-da soyqırım kimi tanıtmaq üçün ictimai təbliğat kampaniyasına da qoşulub. Kim bu addımı amerikalı erməni atası Robert Kardaşyanın xatirəsinə həsr edib. 

Nə deyək vallah, Kardaşyanın arxivini vərərqləsək, onun “fitri istedad” siyahısında belə “bacarıq”lar çoxdur.

Görünən odur ki, Kim Kardaşyan hələ çox uzun zaman ermənilərin rəngli iplər bağladığı məbədi olacaq. 

Deyir Kanye Uestin illər sonra qeyrəti oyanıb, Kardaşyanı boşayır, o məsələnin axırı necə oldu?

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO