Paşinyanın Moskvada erməni vəkillərlə gizli görüşündə QALMAQAL yaşanıb

Paşinyanın Moskvada erməni vəkillərlə gizli görüşündə QALMAQAL yaşanıb

Hazırda oxunan: Paşinyanın Moskvada erməni vəkillərlə gizli görüşündə QALMAQAL yaşanıb

17200

Baş nazir Nikol Paşinyanın Moskvadakı erməni vəkillərlə görüşü rahat keçməyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə bildirir ki, tədbir Moskvadakı erməni icmasının nümayəndələri ilə görüş olaraq elan olunsa da əslində bu, vəkillərlə baş tutan görüş olub.

Zala giriş siyahıya uyğun həyata keçirilib və Paşinyana ünvanlanacaq suallar əvvəlcədən paylanılıb. 

Mətbuat nümayəndələri də daxil olmaqla bütün "etirazçı" insanlardan zaldan çıxmaq tələb olunub. Görüş gizli keçirilsə də yenə də bəzi təfərrüatlar üzə çıxıb. Məlum olduğu kimi, hamı Paşinyana dəstək bildirmək və ya sadəcə Ermənistanda gedən proseslərə münasibət bildirmək üçün gəlməyib. İclasa qatılmaq istəyənlərin bəziləri isə fikirlərindən daşınıblar.

Tədbir təşkilatçıları çalışıb ki, yalnız öncədən hazırlanan suallar səsləndirilsin.

“Mənə “utancverici” siyahıdan Vigen Elibekyan adlı 11 nömrəsi şəxs müraciət etdi. Məlum oldu ki, o, iclasda 30-40 dəqiqə iştirak edib və nə baş verdiyini anlayaraq zaldan çıxıb”, deyə hüquq müdafiəçisi Ruben Melikyan Facebook səhifəsində bildirib. 

O, Elibekyanın postunu da yayımlayıb (sonradan silinib). Sahibkar Vigen Elibekyan belə yazıb:

“Mən onu (Paşinyanı nəzərdə tutur) dəstəkləmirəm və vəkili də deyiləm. İclasdan əvvəl verilən sualların və mətnlərin heç bir anlamı yoxdur. Ümid edirəm ki, erməni xalqı baş verənlərdən nəticə çıxaracaq. Ermənistan Nikolsuz olmalıdır”.

Görüşü kimin və nə üçün təşkil etdiyi də məlum olub.

Anna Badalyan bu haqda belə yazıb: “Paşinyanın Moskvada icma nümayəndələri (hüquqşünaslar) ilə görüşünün təşkilatçısı, Rusiya Ermənilər Birliyinin Moskva şəhər şöbəsinin keçmiş rəhbəri Şagen Petrosyan Paşinyandan vəzifə “qopartmağa” çalışır.

Söhbət Petrosyanın Ermənistan Respublikası Ədliyyə nazirinin müavini təyin edilməsindən gedir, amma bu təyinat alınmayıb.

Sonra Petrosyan diasporun Moskva üzrə komissarı olmağa çalışıb. Beləliklə, şəxsi karyerasını qurmaq üçün Petrosyan bir xainlə Moskva diasporunun görüşünü təşkil edib”.

“Mediaport”a görə, Şagen Petrosyan keçmişdə Ermənistandan qaçıb, çünki bir çox insana külli miqdarda pul “atıb”. Ona qarşı "xüsusilə böyük miqdarda dələduzluq" maddəsi ilə cinayət işi başlanıb.

Bu personajın atası Tiqran Petrosyan oğlunun hiyləgərliyi üzündən Malatiya-Sebastiya icmasının ümumi yurisdiksiyası məhkəməsinin hakimi vəzifəsindən istefa etmək məcburiyyətində qalıb.

Yazının sonunda Paşinyanla görüşə gedən vəkillərin siyahısı dərc edilib. Siyahıda 40 nəfər olub. Onlardan ikisi iclasa qatılmayıb, biri isə tədbir zamanı zalı bilərəkdən tərk edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO