2024-cü il yanvarın 1-dən Rusiyada hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa qaldırlıb, aşağı həddi isə 18 yaş olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırış yaşının 27-dən 30-a dəyişdirilməsi haqqında qanun imzalayıb.
Qanunun qəbulundan əvvəl Dövlət Dumasında və Federasiya Şurasında müzakirələrə baxmayaraq, aşağı həddi - 18 ili dəyişdirməmək qərara alınıb.
Bundan əlavə, eyni zamanda Rusiya Federasiyasının Prezidenti vətəndaşın çağırış vərəqəsini aldıqdan sonra xaricə getməsinə qadağa qoyan qanunu imzalayıb.
İndi hərbi komissarlıq çağırışçıya çağırış vərəqəsinin göndərildiyi gün onun üçün sərhədlərin bağlanması ilə bağlı qərar verəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
17:56 / 02.01.2024
Rusiyada hərbi xidmətə çağırış yaşı ARTDI
Hazırda oxunan: Rusiyada hərbi xidmətə çağırış yaşı ARTDI
Hazırda oxunan: Rusiyada hərbi xidmətə çağırış yaşı ARTDI
171783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.