Ermənistan paytaxtının mərkəzində İrəvan ermənisi ilə Qarabağdan olan gənc erməni arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, bu haqda video sosial şəbəkələrin Ermənistan seqmentində yayılıb.
Erməni kişi Qarabağdan gələn gənc oğlana qapaz vuraraq ona "Qarabağlısansa, onda get sərdəddə dayan, İrəvanın mərkəzində nə gəzirsən? Get burdan!" deyərək qovub.
Erməni gənc isə pərt olaraq yoluna davam edib. Ətrafdakılar kişini sakitləşdirərək aranı düzəltməyə çalışıblar.
Bu an araya girən erməni qadın Azərbaycan dilində "Neynirsən, ayə?" deyərək onu kənara itələyib. Onun İrəvanın mərkəzində Azərbaycan dilində danışması isə hər kəsi təəccübləndirib.
Yerli media yazır ki, ermənilər arasında yaşanan bu ayrı seçkilik hazırki hakimiyyətin siyasətindən sonra gözlənilən idi.
Səmra Xəlilbəyli, Bizim.Media