Xankəndidən Tural Gəncəliyevin ofis açıqlamasına MÜNASİBƏT: “Azərbaycanlılar bu şəhərə gələ bilməzlər”

Xankəndidən Tural Gəncəliyevin ofis açıqlamasına MÜNASİBƏT: “Azərbaycanlılar bu şəhərə gələ bilməzlər”

Hazırda oxunan: Xankəndidən Tural Gəncəliyevin ofis açıqlamasına MÜNASİBƏT: “Azərbaycanlılar bu şəhərə gələ bilməzlər”

17086

Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev “Tezliklə Xankəndidə ofisim fəaliyyət göstərəcək” mövzusunda “Twitter”də paylaşım edib:

"Hazırda şəhərdəki yeni ofis binası üçün mümkün yerləri nəzərdən keçiririk. Xankəndinin bütün sakinlərini təmsil edən millət vəkili kimi etnik mənşəyindən asılı olmayaraq hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!".

Bizim.Media xəbər verir ki, Qarabağda qondarma rejimin “başçısının” mətbuat katibi Lusine Avanesyan millət vəkili Tural Gəncəliyevin bu tvitinə cavab verib.

“Bu, Azərbaycan tərəfinin reallıq kimi təqdim olunan xəstə fantaziyasının başqa bir meyvəsidir. Bu cür ucuz məlumat spekulasiyasının köməyi ilə erməni cəmiyyətini çaşdırmağa və qıcıqlandırmağa çalışırlar”.

O, əlavə edib ki, azərbaycanlılar nəinki Xankəndidə ofis aça, heç bu şəhərə gələ də bilməzlər:

"Münaqişənin həlli üçün real perspektivlərdən danışmaq üçün işğal olunmuş ərazilərimizin qaytarılması barədə düşünsünlər".

Haşiyə: Bu erməni qadın Tural Gəncəliyevin Xankəndidə ofis açması ideyasını Azərbaycan tərəfinin xəstə fantaziyası adlandırıb. Bu yerdə Ağ Evin sahibi Co Baydenə “qatil” sözünə görə Rusiya prezidenti Vladimir Putinin cavabı yada düşür: “Hər kəsin işlətdiyi ifadə öncə onun özünə aiddir”.

Yəni ermənilərin uzun illərdir ki, xəstə fantaziyası ilə yaşamalarını təkcə Azərbaycan və Türkiyədə deyil, digər ölkələrdə də yaxşı bilirlər və bu haqda internetdə saysız-hesabsız materiallar var. 

Lusinenin “işğal olunmuş ərazilərimizin qaytarılması” sözü isə lap gülməli səslənir. Çar Rusiyasının köməyi ilə əsasən Türkiyə və İrandan Qarabağa köçürülən, sonra isə “Bura bizim tarixi torpağımızdır” deyərək o əraziləri işğal edən bir millətin nümayəndəsindən başqa hansı sözü eşitmək olar.

Bir vaxtlar Ermənistanın bütün rəsmilərinin səsləndirdiyi “Azərbaycana bir santimetr belə ərazi verməyəcəyik” açılqmaları kimi Avanesyanın “Azərbaycanlılar nəinki Xankəndidə ofis aça, heç bu şəhərə gələ də bilməzlər” ifadəsi də tarixdə qalacaq.

Azərbaycanlılar 100 faiz təkcə Xankəndinə deyil, işğalda olan digər ərazilərimizə qayıdacaq. Bunun da vaxtı və zamanı gələcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO