Qasparyandan ETİRAF: “Heç kim Ermənistanın fikrini soruşmur”

Qasparyandan ETİRAF: “Heç kim Ermənistanın fikrini soruşmur”

Hazırda oxunan: Qasparyandan ETİRAF: “Heç kim Ermənistanın fikrini soruşmur”

167095

“Ermənistan 80% infrastruktur, enerji və bazarlarda Aİİ və Rusiya ilə bağlıdır. Hətta Ermənistan Fransadan silah-sursat alsa belə, nüvə enerjisindən başlayaraq hər şey Rusiya ilə bağlıdır.

Bu cür siyasət Ermənistan iqtisadiyyatına nə verəcək?”

Bizim.Media xəbər verir ki, bu barədə “Genesis Armenia” analitik mərkəzinin rəhbəri Abraham Qasparyan Ermənistan mətbuatına müsahibəsində danışıb.

“Unutmayın ki, Fransa Ermənistana hücum silahı verməyəcək. Onlar “kömək” adı altında radarlar təqdim ediblər. Qərb Paşinyana son məqsədlərinə çatana qədər iki vacib işi görməyə çağırır. Ermənistan rəsmən Rusiya ilə bütün institusional əlaqələrin kəsilməsinə, yəni KTMT və Aİİ-dən çıxmasına nail olmalı, 1997-ci ildə Ermənistan-Rusiya ittifaqı haqqında sazişi pozmalıdır”.
Ermənistan hakimiyyətinin siyasətinə gəlincə, amerikalılar deyir ki, istəsəniz də, istəməsəniz də bu dəhliz (red. Zəngəzur dəhlizi) açılmalıdır. Rusiya buna qarşı çıxır, dəhliz yox, yol təklif edir.

Ermənistan bu dəhlizin bir hissəsinə çevrilir və onun fikrini soruşan yoxdur. Ermənistan hakimiyyəti öz adından danışmağa məcbur deyil, çünki onların adından danışıqlar aparılır”, – deyə Abraham Qasparyan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO