“Səhifəmdə dəqiqləşdirilməmiş məlumatlar yerləşdirilmir. Bu, mənim prinsipimdir. Mənə çatan dəqiq məlumata görə, Robert Köçəryan və Serj Sarkisyan çox sərt üsullarla Ermənistanda dövlət çevrilişi təşkil etməyə hazırlaşır. Və bu heç kim üçün sürpriz olmamalıdır. Rədd edilmiş quldurların hakimiyyətə gəlmək üçün başqa yolu yoxdur. Onların hakimiyyətə gəlməsinin yeganə yolu dövlət çevrilişidir və indi bunu təfərrüatlı şəkildə hazırlayırlar”.
Bizim.Media xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan videomüraciətində deyib.
“Mən Ermənistan hakimiyyətini sayıq olmağa çağırıram. Mən dövlətin demonlara (cinlərə) cavab zərbəsi endirməyə hazır olmasını tələb edirəm. Ermənistanı dağıtmayana qədər rahatlıq tapmayacaqlar. Ehtiyatlı olun. Bizim öz doğma Ermənistanımızı iblislərə verməyə haqqımız yoxdur.
Şəxsən mən hər şeyi edəcəm ki, Qarabağın “cənab prezidentləri” Bakı həbsxanasına düşsünlər. Onları orada cəza gözləyir”.
Bizim.Media