Gürcüstan üzərindən Ermənistana hərbi texnika və sursat göndərilməsi regional sülhə bir təhdiddir. Bu bir tərəfdən hansısa bir dövlətin sürətlə silahlanmasına yardımdırsa, digər tərəfdən bu Gürcüstan Azərbaycan münasibətlərinə bir zərbədir.
Nəzərə alaq ki, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər son illər çox yüksək səviyyədədir. Hətta 44 günlük müharibə zamanı Gürcüstan nəinki yerüstü yollarını, hətta hava məkanını Ermənistan üçün bağlamışdı. Lakin Qərbin Ermənistanı silahlandırmasında Gürcüstanın vasitəçi olması xeyli təəccüb və təəssüf doğurur.
“Gürcüstan özü də Ermənistanın hədəfindədir”
Məsələylə bağlı Bizim.Media-ya danışan millət vəkili Elşad Mirbəşir bildirib ki, Qərb Ermənistanı özünün alətinə çevirib:
MÖVZU İLƏ BAĞLI:
Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı müharibə meydanına çevirmək PLANI AKTİVLƏŞDİRİLİR
“İndi də özlərinin törədəcəkləri cinayətlərdə bu alətdən istifadə etmək istəyirlər. Maraqlıdır ki, Qərb Gürcüstanı da öz çirkin oyununa qatmaq istəyir. Təbii ki, Gürcüstanın öz ərazisindən Ermənistan silah daşınmasına icazə verməsi təəssüf doğurur. Halbuki, Gürcüstan Ermənistanın hədəfində olan ölkələr sırasındadır.
Bildiyimiz kimi, Caxavetiya bölgəsinə ermənilər hər zaman iddia ediblər. Ona görə də Ermənistanın silahlandırılmasına yardımçı olmaq son nəticədə Gürcüstanın özünə ciddi ziyan vura bilər. Digər tərəfdən Gürcüstan Azərbaycanla strateji tərəfdaşdır. İki ölkə birgə bir sıra beynəlxalq layihələr həyata keçirirlər. Bütün bunların fonunda Gürcüstanın Azərbaycanın maraqları əleyhinə yönələn bir layihədə yer alması təəssüf doğurur”.
“Gürcüstan hakimiyyətində ikitirəlik var”
Elşad Mirbəşiroğlu onu da qeyd edib ki, Gürcüstanda da Qərbmeyilli dairələr çoxdur:
“Məsələn bu günlərdə Gürcüstan Prezidenti Çinin əleyhinə çox kəskin fikirlər səsləndirmişdi. Bu fikirlər hətta diplomatik skandala çevrilə bilərdi. Lakin Gürcüstan höküməti rəsmi şəkildə üzr istədikdən sonra problem aradan qalxdı.
Yəni, Gürcüstan hakimiyyətində ikitirəlik var. Gürcüstan Prezidenti daha çox Qərbə meyillənir və Qərbin maraqlarından çıxış edir. Bu da çox zaman müəyyən problemlər yaradır.
Əminəm ki, Ermənistana silahın ötürülməsi də Gürcüstan Prezidentinin ideyasıdır. Çünki Gürcüstanın Baş naziri daha konstruktiv və praqmatikdir. O hər zaman regional maraqlardan çıxış edir”.
Surxay Atakişiyev, Bizim.Media