Qarabağdakı qondarma “ordu”da xidmət keçən və çox güman ki, sentyabr tədbirləri zamanı fərarilik edən erməni əsgər Rafael Akopyan bir ay sonra tapılıb.
Bizim.Media bu barədə erməni mediasına istinadən xəbər verir.
İddiaya görə, o, meşələrdə gizlənib, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Ermənistana aparılıb. 20 yaşlı əsgər Kotayk rayonunun Büreqavan kəndinə köçmüş ailəsinə qovuşub. Valideynlər yeganə oğullarının xilas edilməsini möcüzə adlandırırlar.
Akopyan deyib ki, bu müddətdə yabanı giləmeyvə yeyirmiş, bəzən yemək üçün yaxınlıqdakı kəndlərə enirmiş və bütün bu müddət ərzində müharibənin bitdiyindən, Qarabağın boş olduğundan xəbərsiz imiş.
Bizim.Media
- A-
- A
- A+
Region
18:24 / 05.11.2023
Qarabağda fərarilik edən erməni əsgər meşədə gizlənibmiş - DETALLAR
Hazırda oxunan: Qarabağda fərarilik edən erməni əsgər meşədə gizlənibmiş - DETALLAR
Hazırda oxunan: Qarabağda fərarilik edən erməni əsgər meşədə gizlənibmiş - DETALLAR
163019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.