Azərbaycan Gürcüstana polis attaşesi təyin etdi – FOTO  

Azərbaycan Gürcüstana polis attaşesi təyin etdi – FOTO  

Hazırda oxunan: Azərbaycan Gürcüstana polis attaşesi təyin etdi – FOTO  

162768

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. 

Bildirilib ki, Faiq Quliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri, polis polkovniki Adil Bağırovu Vaxtanq Qomelauriyə təqdim edib. 
Vaxtanq Qomelauri Adil Bağırovu polis attaşesi təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. 

Məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsindəki intensiv əməkdaşlığın vacibliyini vurğulayıblar.

“Tərəflər həmçinin perspektivlər barədə də danışıblar və gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər”, - qurumun məlumatında bildirilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO