Azərbaycan və Türkiyə Ermənistanı kommunikasiya

Azərbaycan və Türkiyə Ermənistanı kommunikasiya "parçaları"na bölür – Aşotyan

Hazırda oxunan: Azərbaycan və Türkiyə Ermənistanı kommunikasiya "parçaları"na bölür – Aşotyan

16160

Ermənistanda seçkilər haqda “oyunlar” gedərkən Azərbaycan və Türkiyədən olan mütəxəssislər Ermənistan və Qarabağı kommunikasiya "parçaları"na bölürlər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Respublika Partiyasının sədr müavini Armen Aşotyan Facebook səhifəsində yazıb.

“Hələki Ermənistan bir insanın inadkar səyləri ilə seçki şousuna qatılır və bizə “universitet satmaq”, “uşaqların başını sığallamaq”, “Konstitusiya Məhkəməsinin qərarını oxumaq” kimi cəfəngiyatlar təqdim olunur,  Azərbaycan və Türkiyənin bizə qarşı planları dərinləşir.

Bu xəritə Azərbaycan və Türkiyə mütəxəssislərinin Ermənistanı və Qarabağı kommunikasiya "parçaları"na böldükləri xəritələrdən biridir.

Naxçıvan-Gorus-Laçın-Şuşa-Xankəndi-Ağdam avtomobil yolunun işə salınması üçün iştahalarına diqqət yetirin. Buna görə də xəbərdar olun: strateji əhəmiyyət baxımından bu seqment Megri seqmentindən heç də geri qalmır.

Üstəlik, Zəngəzur mahalını (Sünik) yuxarıdan kəsib Naxçıvanı Şuşa və Ağdamla birbaşa birləşdirmək təhlükədir.

Yəni Zəngəzurla əlaqəli Türk proqramları çoxluq təşkil edir. Biz isə seçkilərlə başımızı qatırıq... ”- Aşotyan belə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO