Paşinyan Tbilisidə Azərbaycanla sülhün vacibliyindən DANIŞDI

Paşinyan Tbilisidə Azərbaycanla sülhün vacibliyindən DANIŞDI

Hazırda oxunan: Paşinyan Tbilisidə Azərbaycanla sülhün vacibliyindən DANIŞDI

161589

“Bizim iki qonşumuzla yollarımız bağlıdır. Yollar olmadan sülhə nail olmaq çətin olacaq”

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

Paşinyan bildirib ki, Cənubi Qafqazın sülhə ehtiyacı var və sülh bütün ölkələrin açıq sərhədlərlə yaşamasıdır.
“Bizim hökumətimiz sülh gündəliyinin vacib hissəsi olaraq “Sülh Kəsişmələri” layihəsini təqdim edir. Bu layihənin mahiyyəti yolların, dəmir yollarının, kəmərlərin, kabellərin, eləcə də elektrik xətlərinin yenidənqurması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyanı inkişaf etdirməkdir”, - Paşinyan qeyd edib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO