“Hər dövlətdə olduğu kimi bizim də öz miflərimiz var. Onlardan bir az da olsa kənara çıxanda “vətənpərvər” tarixşünaslıqla, “vətənpərvər” tarixçilərlə üz-üzə qalırıq”.
Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalist Tatul Akopyan Facebook səhifəsində yazıb.
“Belə “vətənpərvər” tarixşünaslığın nəticəsidir ki, biz öz yerimizi, rolumuzu, real gücümüzü və qonşularımızın imkanlarını düzgün qiymətləndirə bilmirik. Bu zaman faktlar arxa plana keçir. "Böyük dövlət" və "dənizdən-dənizə" ideyası isə yenə də öndə qalır. Bu “vətənpərvər” tarixşünaslıq həm də diplomatlarımızın ideyalarını, dünyagörüşünü formalaşdırır.
Ermənistan Milli Elmlər Akademiyasının tarixi strukturları tərəfindən təbliğ edilən anti-elmi əyalətçiliyin Ermənistanda hökm sürməsinə icazə verilə bilməz.
Bizə Ermənistanın əsl tarixi lazımdır. Amma əgər erməni tarixi işğal olunubsa və onun anti-elmi əyalətçilikdən qurtulacağına ümid yoxdursa, o zaman sosial şəbəkələr vasitəsilə hər gün alternativ tariximizi yaratmaqdan başqa çarəmiz qalmır”, – deyə Akopyan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:50 / 25.10.2023
Bizə "dənizdən-dənizə" ideyası lazım deyil - Erməni jurnalist
Hazırda oxunan: Bizə "dənizdən-dənizə" ideyası lazım deyil - Erməni jurnalist
Hazırda oxunan: Bizə "dənizdən-dənizə" ideyası lazım deyil - Erməni jurnalist
161420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.