“Kommunikasiyaların açılması Azərbaycanla qarşılıqlı olmalıdır” - Paşinyan 

“Kommunikasiyaların açılması Azərbaycanla qarşılıqlı olmalıdır” - Paşinyan 

Hazırda oxunan: “Kommunikasiyaların açılması Azərbaycanla qarşılıqlı olmalıdır” - Paşinyan 

16063

Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir bölgəsinin Aragats kəndinin sakinləri ilə görüşündə regional kommunikasiyaların blokadadan çıxarılmasının vacibliyini təkrarlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafı üçün əsas rol oynayacaq.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Qarabağın bərpası üçün 200 milyon dollar ayırdı - Paşinyandan QƏRAR


O, nümunə olaraq mis filizi mədənçiliyinə işarə vurub.

Baş nazirə görə, yaxın illərdə Ermənistandan mis filizi ixracı prioritet olacaq və əvəzində mis əritmə zavodları tikmək lazım gələcək.

Filiz Ermənistanda emal olunmalı, əlavə dəyər və iş yerləri yaradılmalıdır.

"Bir çox mütəxəssis, tədricən elektrikli nəqliyyat vasitələrinə keçidlə əlaqədar olaraq misin yaxın illərdə və onilliklərdə son dərəcə populyar bir əmtəəyə çevriləcəyini söyləyir. Mis elektrik mühərrikləri istehsalının vacib bir hissəsidir", deyə o, qeyd edib.

Paşinyan Ermənistanın mislə zəngin olduğunu, ancaq sənayesinin modernləşdirilməsinin və mis əritməsi üçün potensialın yaradılmasının kommunikasiya olmadan mümkün olmadığını xatırladıb.

Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılmasının vacibliyini vurğulayıb.

"Bilirsiniz ki, Rusiya və İrana gedən dəmir yollarımız Azərbaycan ərazisindən keçir. Və burada anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda onlara ərazimizdən yol verə bilmərik. Mövcud marşrutlardan qarşılıqlı istifadə olunmalıdır”. Paşinyan belə deyib.

Bütövlükdə, o, hesab edir ki, Ermənistan bölgəyə “fərqli bucaqdan” baxmağa başlamalıdır:

“Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq”.

Baş nazir qeyd edib ki, qonşular da Ermənistanla münasibətdə mövqelərini dəyişdirməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO